Bakıda daha bir rayonda bu binalar SÖKÜLƏCƏK

19:32 - 27 Avqust 2025

Bakıda daha bir rayonda bu binalar SÖKÜLƏCƏK

Bakıda daha bir rayonda istismar müddəti bitmiş qəzalı binalar söküləcək.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, bu dəfə söküntü işləri paytaxtın Səbail rayonunda aparılacaq.

Rayonda istismar müddəti bitmiş qəzalı binaların sökülməsi üçün layihə-smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti xidməti ilə bağlı tender elan olunub. Tenderi "Ərazi Tikinti-Planlaşdırma Mərkəzi" keçirir.

Sözügedən layihə çərçivəsində Salman Mümtaz küçəsindəki 30 və 34 nömrəli, eləcə də Dağlıq küçəsindəki 24 nömrəli binaların söküntüsü üçün sənədləşmə və nəzarət işləri həyata keçiriləcək.

Məqsəd təhlükəsizlik risklərini aradan qaldırmaq və həmin ərazidə müasir tikinti layihələrinin həyata keçirilməsinə şərait yaratmaqdır. Bu, sakinlər üçün daha təhlükəsiz və komfortlu yaşayış mühiti yaradacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az