"Rəqəmsal düşüncə 18 yaşa qədər formalaşdırılmalıdır" - Natiq Məmmədli

13:15 - 08 İyun 2026

\"Rəqəmsal düşüncə 18 yaşa qədər formalaşdırılmalıdır\" - Natiq Məmmədli

Uşaq və gənclərdə rəqəmsal düşüncə 18 yaşa qədər formalaşdırılmalıdır.


Manset.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyi (MEDİA) İcraçı direktorunun müavini Natiq Məmmədli parlamentdə İnzibati Xətalar Məcəlləsi, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklik layihələrinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, qanun qadağandan daha çox, uşaqlar üçün yeni imkanlar yaradan vasitə kimi təqdim olunmalıdır: "Biz uşaqlara onlar üçün faydalı olan informasiyalardan istifadəni təklif etməliyik".

N.Məmmədli deyib ki, rəqəmsal mühitdə maarifləndirici resurslar artırılmalıdır:

"Uşaq və gənclərdə rəqəmsal düşüncə 18 yaşa qədər formalaşdırılmalıdır. Həmçinin rəqəmsal reallığın pozitiv tərəflərinə diqqət yetirilməlidir".



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az