logo
logo logo
logo

Gədəbəyə güclü yağış yağıb - Dolu düşüb

22:54 - 10 İyun 2026

Gədəbəyə güclü yağış yağıb - Dolu düşüb

Gədəbəy rayonunda güclü yağış yağıb, dolu düşüb.


Manset.az Report-a istinadən xəbər verir ki, yağıntı və dolu təxminən saat 21:00 radələrində başlayıb.

Dolu rayonun Gərgər və Arıqdam kəndlərində, eləcə də Gədəbəy şəhəri ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, təbiət hadisəsi nəticəsində ən çox ziyan Gərgər kəndinə dəyib.

Belə ki, dolu təsərrüfatlara, xüsusilə kartof əkini sahələrinə ciddi zərər vurub. Hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az