logo
logo logo
logo

Sabah bu ərazilərdə qaz kəsiləcək

17:59 - 11 İyun 2026

Sabah bu ərazilərdə qaz kəsiləcək

Sabah Biləsuvar rayonunun 10 yaşayış məntəqəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.


Manset.az xəbər verir ki, buna səbəb yeraltı polietilen qaz xəttinin kipliyə sınaq işlərinin aparılmasıdır.

Bununla əlaqədar Biləsuvar qazpaylayıcı stansiyasından qidalanan Çinarlı, Bağbanlar, Çaylı, İsmətli, Günəşli, Ağayrı, Nəsimikənd, Nərimankənd, Səmədabad və Arazbəri kəndlərində ümumilikdə 5300 abonentə təbii qazın verilişi iyunun 12-si saat 10:00-dan etibarən işlər başa çatanadək dayandırılacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az