logo
logo logo
logo

Əli İsa Cabbarov namizədliyini geri götürdü - İşdən çıxmaqla bağlı ərizə yazdı

14:25 - 28 Avqust 2026

Əli İsa Cabbarov namizədliyini geri götürdü - İşdən çıxmaqla bağlı ərizə yazdı

"Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) icraçı katibi vəzifəsində çalışmağım ilə bağlı müqaviləm hazırda qüvvədədir".


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə açıqlamasında kinorejissor Əli İsa Cabbarov bildirib.

    O, AKİ sədrliyinə namizədliyini geri götürdüyünü qeyd edib.

    Əli İsa Cabbarov işdən çıxmaqla bağlı ərizə təqdim etdiyini də vurğulayıb.

    “Lakin ərizə yeni sədr seçiləndən sonra təsdiqlənə bilər. İdarə Heyətinin bu gün qəbul etdiyi qərarı isə bilmirəm. Yeni sədr müqaviləmə xitam verə bilər”, - o əlavə edib.

    Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Mayın 26-da isə Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı keçirilib. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az