logo
logo logo
logo

Paytaxtda 7 prospekt və 11 küçədə “Yaşıl dalğa” rejimi tətbiq edilir

09:38 - 15 Sentyabr 2026

Paytaxtda 7 prospekt və 11 küçədə “Yaşıl dalğa” rejimi tətbiq edilir

Yeni tədris ilinin başlanması ilə əlaqədar paytaxt yollarında nəqliyyatın intensivliyini artırmaq məqsədilə səhər saatlarından başlayaraq paytaxtın 7 prospektində və 11 küçəsində “Yaşıl dalğa” rejimi tətbiq edilir. 


Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat verib.

    Həmçinin NİİM və yol polisi əməkdaşları ilə birgə süni sıxlığın yaranmasına səbəb olan hallar müşahidə edildikdə, dərhal zəruri tədbirlər görülür.

    “Yaşıl dalğa” rejiminin tətbiq edildiyi küçə və prospektlər bunlardır:

    1. Rəşid Behbudov küçəsi;

    2. Mikayıl Müşfiq küçəsi;

    3. 28 May küçəsi;

    4. Bülbül prospekti;

    5. Yusif Səfərov küçəsi;

    6. Məhəmməd Füzuli küçəsi;

    7. Akademik Həsən Əliyev küçəsi;

    8. Əhməd bəy Ağaoğlu küçəsi;

    9. Şah İsmayıl Xətai prospekti;

    10. Fətəli xan Xoyski prospekti;

    11. Atatürk prospekti;

    12. Üzeyir Hacıbəyli küçəsi;

    13. Azadlıq prospekti;

    14. Əbduləzəl Dəmirçizadə küçəsi;

    15. Əsəd Əhmədov küçəsi;

    16. Abbas Mirzə Şərifzadə küçəsi;

    17. Qara Qarayev prospekti;

    18. 8 Noyabr prospekti.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az