15 Sentyabr – Bilik Günü münasibətilə Bakı Dəmiryol Vağzalında sərnişinlər üçün xüsusi sürpriz hazırlanıb.
Manset.az Azərbaycan Dəmir Yollarına (ADY) istinadən xəbər verir ki, yeni tədris ilinin ilk günündə vağzala gələn sərnişinlər şirkət tərəfindən hazırlanmış hədiyyələrlə qarşılanıb. Sərnişinlərə təbriklər çatdırılıb, onlara xoş sürprizlər təqdim olunub.
ADY qeyd edib ki, Bilik Günündə təşkil olunan tədbir vağzalda xoş və səmimi ab-hava yaradıb.
Şirkət yeni tədris ili münasibətilə şagird və tələbələrə uğurlar arzulayıb, hər yeni biliyin gələcəyə aparan yeni bir yol olduğunu vurğulayıb.