“Dövlətlərin gücü təkcə iqtisadi və ya hərbi imkanları ilə deyil, ilk növbədə suverenliyini tam təmin etmək bacarığı ilə ölçülür.”
Bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov Manset.az- açıqlamasında deyib.
O, vurğulayıb ki, suverenlik xalqın öz taleyini müstəqil müəyyənləşdirməsi, dövlət hakimiyyətinin ölkənin bütün ərazisində maneəsiz həyata keçirilməsi və beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəf kimi çıxış etməsi deməkdir. “Məhz bu baxımdan 20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixində xüsusi siyasi və hüquqi məna daşıyan əlamətdar tarixdir. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə təsis olunan Dövlət Suverenliyi Günü onilliklər boyu davam edən mübarizənin məntiqi yekununu ifadə edir. Sərəncamda qeyd olunduğu kimi, Azərbaycan xalqı bütün çətinliklərə, işğala və məhrumiyyətlərə baxmayaraq, dövlətçilik əzmini heç vaxt itirməmiş, ərazi bütövlüyünü və suverenliyini şəhidlərimizin qanı, qəhrəman əsgər və zabitlərimizin şücaəti hesabına bərpa etmişdir. Bu gün həmin nailiyyət milli sərvət kimi qiymətləndirilir.”
Millət vəkili bildirib ki, otuz ilə yaxın davam edən işğal dövrü beynəlxalq hüququn kobud şəkildə pozulmasının bariz nümunəsi idi: “Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal altında saxladı, etnik təmizləmə siyasəti həyata keçirdi, yaşayış məntəqələrini dağıtdı, tarixi-mədəni irsi məhv etdi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin icra olunmaması göstərirdi ki, beynəlxalq mexanizmlər problemin həllində nəticə vermir. Buna baxmayaraq, dünya birliyi həmin əraziləri hüquqi baxımdan Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyırdı. 2020-ci ildə Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Qırx dörd gün ərzində işğal altındakı torpaqların böyük hissəsi azad edildi və ölkəmiz BMT Təhlükəsizlik Şurasının uzun illər icra olunmayan qətnamələrinin həyata keçirilməsini öz gücü ilə təmin etdi. Bu Zəfər dövlət suverenliyinin bərpasına aparan yolun ən mühüm mərhələsi idi. Sonrakı dövrdə Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın öz sərhədləri üzərində nəzarət hüququnu praktik şəkildə təmin etdi. Nəhayət, 2023-cü il sentyabrın 19-da həyata keçirilən və cəmi 23 saat 43 dəqiqə davam edən antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələr tərk-silah edildi, separatçı rejim ləğv olundu və ölkəmizin bütün ərazisində Konstitusiya quruluşu tam bərpa edildi. Prezident İlham Əliyevin Qarabağ Universitetindəki çıxışında qeyd olunduğu kimi, dövlət suverenliyinin tam bərpası Azərbaycanın gücünü və beynəlxalq hüququn üstünlüyünü bir daha nümayiş etdirdi. Bu gün ölkəmiz tam suveren dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoyur. Dövlət Suverenliyi Günü isə təkcə tarixi hadisənin xatirəsi deyil, milli birliyin, güclü dövlətçiliyin və gələcək inkişaf strategiyasının rəmzidir.”
“Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir” - Kamaləddin Qafarov
10:20 - 20 Sentyabr 2026
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
19 Sentyabr 2026 - 13:50
Azərbaycanın dövlət suverenliyi: qətiyyət, güc və tarixi nəticə
19 Sentyabr 2026 - 18:52
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - FOTOLAR
20 Sentyabr 2026 - 00:01
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19 Sentyabr 2026 - 13:00
“Cənnətin iqamətgahı” filminin premyerası keçirildi - FOTOLAR
19 Sentyabr 2026 - 12:20
Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
19 Sentyabr 2026 - 15:11
“Formula-1”ə görə bu marşrutların hərəkət sxemi dəyişir - SİYAHI
19 Sentyabr 2026 - 12:40
Bazar günü arabir yağış yağacaq - PROQNOZ
19 Sentyabr 2026 - 13:25
Pəncəlinin ailəsində xoş gün - Anar Ələkbərov da iştirak etdi
19 Sentyabr 2026 - 20:34
Şahin Bağırov onları rəis təyin etdi - YENİLƏNİB
19 Sentyabr 2026 - 14:24
Prezidentdən İsgəndər Cavadovla bağlı SƏRƏNCAM
19 Sentyabr 2026 - 17:14
Yağış yağır, şimşək çaxır - Faktiki hava
19 Sentyabr 2026 - 18:31
Bilgəhdə dənizdə 2 nəfər batdı - Axtarışlar davam etdirilir
Xəbər xətti
- 20 Sentyabr 2026
- 11:53 Faktiki hava açıqlandı
- 11:35 Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik etdi
- 11:15 "Yuventus"un qapıçısı diz zədəsi aldı
- 10:58 Moskvaya kütləvi PUA hücumu - 2 nəfər öldü
- 10:40 Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşdü
- 10:20 “Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir” - Kamaləddin Qafarov
- 10:07 XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı BƏYANAT
- 09:50 Türkiyədə sərnişin avtobusu qəzaya uğradı - 18 nəfər xəsarət aldı
- 09:32 “Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
- 09:15 Ağır qəzada yaralanan sürücü öldü
- 09:00 Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO
- 08:30 Əllərin keyiməsi və üşüməsi nəyin əlamətidir?
- 08:00 Bəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?
- 01:30 Əl ilə yazmaq yaddaşı gücləndirir
- 00:30 Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
- 00:12 Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
- 00:01 Azərbaycanda Dövlət Suverenliyi Günüdür
- 19 Sentyabr 2026
- 23:56 Meysəridə festival axşamı - FOTOLAR
- 23:43 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - VİDEO
- 23:21 Ərdoğan ABŞ-yə səfər edəcək
- 23:02 "Trabzonspor" "Qalatasaray"a qalib gəldi
- 22:44 Üzeyir Hacıbəyli festivalının açılış mərasimi keçirildi - FOTOLAR
- 22:29 Süni İntellekt Qüvvələri yaratdı
- 22:12 "İran ilə ABŞ arasında danışıqlar davam edir" - Əraqçi
- 21:46 Astarada ağır qəza - Yaralılar var
- 21:32 "Sabah" ardıcıl 5-ci qələbəsini qazandı
- 21:15 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO
- 20:51 İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərdi
- 20:34 Şahin Bağırov onları rəis təyin etdi - YENİLƏNİB
- 20:16 Bakıda 4 marşrutun hərəkət sxemi müvəqqəti DƏYİŞDİRİLİR
- 19:52 66 yaşlı kişini motosiklet vurdu - FOTO
- 19:32 "Turan Tovuz" "Zirə"ni məğlub etdi
- 19:17 Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş rejimdə işləyəcək
- 18:52 Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - FOTOLAR
- 18:31 Bilgəhdə dənizdə 2 nəfər batdı - Axtarışlar davam etdirilir
- 18:14 Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı PAYLAŞIM
- 17:53 Qaxda 2 maşın toqquşdu: Ölən var - FOTO
- 17:33 Bakıda yaşayış binasında YANĞIN
- 17:14 Yağış yağır, şimşək çaxır - Faktiki hava
- 16:48 Füzulidə ağır qəza - Ölən və yaralılar var
- 16:31 "Erməniəsilli məhkumların hüquqları ayrı-seçkiliyə yol verilmədən təmin edilir"
- 16:12 2 ay əvvəl Həkəridə boğulan kişinin meyiti tapıldı
- 15:51 Tbilisidə bağçalarda zəhərlənən uşaqların sayı 100-ü ötdü
- 15:32 Sumqayıtda kişi bıçaqlandı - Arvadı şübhəlidir
- 15:11 “Formula-1”ə görə bu marşrutların hərəkət sxemi dəyişir - SİYAHI
- 14:44 39 yaşlı kişi kanalda batdı
- 14:24 Prezidentdən İsgəndər Cavadovla bağlı SƏRƏNCAM
- 14:23 Şəmkirdə 3 avtomobil toqquşdu - FOTO
- 14:16 Prezident onları təltif etdi - SƏRƏNCAM
- 13:58 Bir sutkada qazanılan tarixi Zəfər
- 13:50 Azərbaycanın dövlət suverenliyi: qətiyyət, güc və tarixi nəticə