logo
logo logo
logo

Avtoxuliqanlıq edən sürücü həbs edildi 

10:48 - 28 Sentyabr 2026

Avtoxuliqanlıq edən sürücü həbs edildi 

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib.


Bakı Şəhər DYP İdarəsindən Manset.az - a verilən məlumata görə, DYP-nin əməkdaşları tərəfindən yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Subaru” markalı, 99-LT-866 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İlkin Məmmədov saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İ.Məmmədovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az