Bakıda hamamdan oğurluq edilib.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisindəki hamamlardan birində baş verib. Naməlum şəxslər hamamdan 5000 manat dəyərində 3 ədəd kombi aparatı oğurlayıblar.
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Abdullazadə və əvvəllər məhkum olunmuş R.İsrafilov saxlanılıblar. Araşdırma zamanı E.Abdullazadənin Masallı rayonunda bir nəfəri aldadaraq 1 450 manat pulunu ələ keçirdiyi də məlum olub.
Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma davam etdirilir.