“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) mobil tədbiqini yükləyənlərin sayı 600 mini keçib.
Manset.az bu barədə ADY-ə istinadən xəbər verir.
"ADY-nin rəqəmsal məhsulu olan “ADY Mobile” səfərləri planlaşdırmaq, qatar biletlərini əldə etmək və dəmir yolu ilə bağlı ən son məlumatları izləmək cəmi bir toxunuş qədər yaxındır", - məlumatda qeyd edilir.