logo
logo logo
logo

Mehriban Rəhimliyə hökm oxundu 

12:47 - 07 Oktyabr 2026

Mehriban Rəhimliyə hökm oxundu 

ABŞ-nin “German Marşal Fondu”nun məsləhətçisi Mehriban Rəhimlinin məhkəmə araşdırması başa çatıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki , Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda hökm oxunub.

M.Rəhimli Baş Prokurorluğun qeyri-hökumət təşkilatları ilə bağlı apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə cinayət yolu ilə əldə olunmuş xeyli miqdarda əmlakın leqallaşdırılmasında ittiham olunur.

Məhkəmə Mehriban Rəhimlini verilmiş ittihamlarda təqsirli bilib. Ona həbs deyil, 4 il sınaq müddəti seçilməklə, 7 il 6 ay şərti cəza verilib.

Xatırladaq ki, bundan əvvəl başqa bir neçə tanınmış şəxs də QHT işi çərçivəsində cinayət məsuliyyətinə cəlb edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az