Millət vəkili Pərvanə Vəliyeva 9 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının inzibati binasında Xətai rayonu 35 saylı 3-cü seçki dairəsi üzrə vətəndaş qəbulu keçirib.
Manset.az xəbər verir ki, deputat qəbula yaxınlaşan 8 nəfər sakinlə fərdi qaydada görüşərək, onları narahat edən məsələlərlə bağlı şifahi müraciətlərini dinləyib və yazılı ərizələrini qəbul edib.
Dinlənilən məsələlər sırasında səhiyyə, işsizlik, sosial təminat, mənzil və fərdi yaşayış evləri, habelə təhsil ilə bağlı məsələlər yer alıb.
Vətəndaşların hər biri dinlənilərək müraciətləri qeydiyyata alınıb və qaldırılan məsələlərlə bağlı onlara yerində hüquqi məsləhətlər verilib.
Həmçinin, qeyd olunan məsələlərin qanunvericilik çərçivəsində araşdırılaraq baxılması məqsədilə deputat tərəfindən müvafiq işlərin aparılacağını bildirilib.
Deputat Pərvanə Vəliyevanın növbəti vətəndaş qəbulu 28.10.2026-cı il tarixdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının binasında baş tutacaq. Qəbula yazılmaq üçün vətəndaşlar +994558113330 nömrəsi ilə əlaqə saxlaya bilərlər.