logo
logo logo
logo

Kəlbəcərə qar yağıb, Yardımlıya dolu düşüb - FAKTİKİ HAVA

11:00 - 10 Oktyabr 2026

Kəlbəcərə qar yağıb, Yardımlıya dolu düşüb - FAKTİKİ HAVA

Azərbaycanın bəzi yerlərdə arabir yağış və qar yağıb.


Manset.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 10-u saat 10:00-a olan məlumatında qeyd edilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olub, şimşək çaxıb.

Şahdağ, Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.

Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı: Neft Daşlarında 26 (aylıq normanın 139%-i), Sumqayıtda 3, Bakı, Binə, Pirallahıda 2, Maştağada 1 mm-dək qeydə alınıb.

Respublikanın rayonlarında düşən yağıntının miqdarı: Göygöldə 16, İmişli, Şəkidə (Kişçay) 10, Balakən, Qaxda (Sarıbaş) 6, Biləsuvar, Sabirabadda 5, Şirvan, Qobustan, Beyləqan, Zaqatala, Goranboy, Gədəbəy, Ordubad, Tovuz, Naxçıvan, Sədərək, Quba, Qusar, Şabran, Xızı, Neftçala, Astara, Ağdam, Cəbrayıl, Şamaxı, Kürdəmir, Naftalan, Zərdab, Tərtər, Bərdə, Hacıqabul, Salyanda 1-4 mm-dir.

Qubadlı, Şuşa, Füzuli rayonlarında isə qısamüddətli yağış yağıb.

Saat 08:15-08:27 radələrində Yardımlı rayonunda güclü leysan yağışı ilə müşayiət olunan, diametri 18–20 mm olan dolu düşüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az