logo
logo logo
logo

Bakı Limanında konteyner daşımaları 30% artdı

10:21 - 14 Oktyabr 2026

Bakı Limanında konteyner daşımaları 30% artdı

2026-cı ilin yanvar-sentyabr aylarında Bakı Limanında 100 min TEU həcmində konteyner daşınıb.


Manset.az xəbər verir ki, bu barədə Bakı Limanı məlumat yayıb.

    Qeyd olunub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30% çoxdur və növbəti rekord göstəricidir. Belə ki, 2025-ci ilin ilk 9 ayında limanda 77,3 min TEU həcmində konteyner daşınıb.

    Hesabat dövründə limanda aşırılan ümumi yükün həcmi 4% artaraq 6,35 milyon tona çatıb. Quru yüklərin həcmi isə 71% artaraq 1,75 milyon ton təşkil edib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az