Ölkənin
birinci bankı Kapital Bank 2026-cı ilin III rübü üzrə maliyyə hesabatını təqdim
edib. 30 sentyabr 2026-cı il tarixinə bankın cəmi aktivləri ötən ilin
müvafiq dövrü ilə müqayisədə 15,4% yüksəlib və 13 milyard 919 milyon 541
min manata çatıb.
Manset.az xəbər verir ki, 2026-cı
ilin ilk doqquz ayında bankın cəmi gəlirləri 12,8% artaraq 1 milyard 510
milyon 119 min manat təşkil edib. Artım həm faiz, həm də qeyri-faiz gəlirləri
hesabına formalaşıb. Belə ki, faiz gəlirləri 12,8% artaraq 986 milyon 294
min manat, qeyri-faiz gəlirləri isə 13% artaraq 523 milyon
825 min manat olub.
Bankın
xalis mənfəətində isə 29,6% artım qeydə alınıb və 297 milyon 4 min manat
olub. Qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə bu göstərici
229 milyon 129 min manat təşkil edib.
Kapital
Bank-ın kredit portfeli 30 sentyabr 2026-cı il tarixinə 17,7%
artaraq 6 milyard 391 milyon 310 min manata yüksəlib. Artım əsasən
biznes və istehlak kreditləri hesabına təmin edilib. Belə ki, biznes
kreditləri 33,1% artaraq 2 milyard 266 milyon 953 min manata,
istehlak kreditləri isə 12,9% artaraq 3 milyard 536 milyon 895 min manata
çatıb.
Bankın
depozit portfeli 18,9% artaraq 10 milyard 305 milyon 862 min manat
təşkil edib. Bu dövrdə fiziki şəxslərin depozitləri 32,4% artaraq 4
milyard 95 milyon 139 min manata, hüquqi şəxslərin
depozitləri isə 11,3% artaraq 6 milyard 210 milyon 723 min manata yüksəlib.
2026-cı
ilin III rübünün sonuna bankın məcmu kapitalı 12,4% artaraq 1 milyard 221
milyon 237 min manata çatıb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə
bu göstərici 1 milyard 86 milyon 332 min manat təşkil edib.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə
daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı, 50 şöbəsi və 15
Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri
barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına,
196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz. Nağd pul
krediti və Birbank
kartı sifarişlərinizi
onlayn formada həyata keçirə bilərsiniz.