logo
logo logo
logo

Azərbaycanda bu şəxslərin maaşının artırılması təklif olunur 

13:39 - 04 Noyabr 2026

Azərbaycanda bu şəxslərin maaşının artırılması təklif olunur 

"Hökumətin vəzifəsi həm də ölkədə siyasi plüralizmin gücləndirilməsinə dəstək verməkdir. Həm də vətəndaş cəmiyyəti quruculuğunun inkişafına yardım göstərməkdir".


Manset.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

"Bu məqsədlə həm siyasi partiyalara ayrılan vəsaitin, həm qeyri-hökumət təşkilatlarına və mediaya dövlət dəstəyinin artırılmasını düzgün hesab edirəm. Biz həm də aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı elm işçilərinin maaşlarının artırılmasına diqqət yetirməliyik", - deyə deputat bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az