Azercell-in 30 illik yubileyinə həsr olunan “30 il səninlə” lotereyasında ilk qaliblər müəyyənləşib.
Manset.az xəbər verir ki, oktyabrın 27-də və noyabrın 3-də fakturasız xətt abunəçiləri arasında keçirilən iki tirajda ümumilikdə 2 Toyota Corolla Cross avtomobili və 14 ədəd iPhone 17 Pro smartfonu artıq sahiblərinə təqdim olunub.
Hər tirajda 7 ədəd
iPhone 17 Pro smartfonu və 1 ədəd Toyota Corolla Cross avtomobili oynanılıb. iPhone
telefonlarının hər biri üzrə qalib həftənin müvafiq günündə toplanmış şanslar
arasından, avtomobilin qalibi isə həftə ərzində toplanmış şanslar əsasında
seçilib.
Tirajların nəticələrinə
əsasən müəyyən edilmiş qaliblərin siyahısı Azercell-in rəsmi internet səhifəsində dərc olunub.
Xatırladaq ki, lotereyada
iştirak ödənişsizdir. Fakturasız xətt
abunəçiləri Azercell tətbiqinin “Lotereya” bölməsində qeydiyyatdan keçə və ya
3035 qısa nömrəsinə START yazıb SMS göndərə bilərlər. Qeydiyyatdan keçdikdən
sonra abunəçilər balanslarını artırmaqla, eləcə də Azercell-in məhsul və xidmətlərindən
yararlanmaqla lotereya şansları əldə edə bilərlər.
Şanslarını artırmaq
istəyənlər üçün xüsusi şans paketləri də nəzərdə tutulub. Tətbiq, USSD və SMS
vasitəsilə aktivləşdirilən bu paketlər həm şəbəkədaxili danışıq dəqiqələri, həm
də lotereya şansları təqdim edir. Bundan əlavə, Azercell tətbiqindəki həftəlik
tapşırıqları tamamlayan abunəçilər əlavə şanslar qazana, hətta şanslarını
beşqat artıra bilərlər.
Lotereyanın hədiyyələri
bununla bitmir. Qarşıdakı tirajlarda daha 8 Toyota Corolla Cross avtomobili və
56 iPhone 17 Pro smartfonu oynanılacaq. Lotereyanın final tirajında isə qaliblərdən
birini “28 May” metro stansiyasının yaxınlığında yerləşən tam təmirli mənzil gözləyir.
Azercell-in 30 illik
yubileyini böyük hədiyyələrlə qeyd edin – şanslarınızı toplayın, növbəti qalib
siz olun!