“Dünya Azərbaycanlılarının V Qurultayının məhz Şuşa şəhərində keçirilməsi həm mənəvi, həm də siyasi baxımdan böyük əhəmiyyət kəsb edən bir hadisədir. Şuşa təkcə ölkəmizdə deyil, bütün dünyada yaşayan Azərbaycanlıların doğma şəhəri olaraq şəhidlərimizin qanı-canı bahasına işğaldan azad edilmiş, xalqımızın, dövlətimizin tarixi Zəfərinin ən möhtəşəm mücəssəməsi olmuşdur. Prezident İlham Əliyevin öz çıxışında dediyi kimi, aprel ayının 22-də dünya azərbaycanlıları Şuşada özlərinin Zəfər qurultaylarını reallaşdırdılar. Çünki Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərdən sonra dünya azərbaycanlıları ilk dəfədir ki, bir yerə toplaşır, qurultay keçirdilər. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq”.
Manset.az xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili məlumat verib ki, bu mötəbər tədbirin məhz Şuşa şəhərində baş tutması ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında Ulu Öndərin dediyi tarixi sözlərin gerçəyə çevrildiyini nümayiş etdirdi: “Dünya Azərbaycanlılarının ilk qurultayı məhz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmişdir. Həmin qurultayda etdiyi tarixi çıxışında Ulu Öndər Qarabağ problemi ilə bağlı öz fikirlərini də bildirmiş və demişdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba yurduna qayıdacaqdır. Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu Ulu Öndərin bu sözlərini gerçəyə çevirdi. Qarabağ münaqişəsinin həlli Azərbaycanın qarşısında duran başlıca vəzifə idi. Azərbaycan xalqı 30 il davam edən işğala son qoymaq üçün öz Prezidentinin ətrafında birləşdi, birliyini, iradəsini və gücünü ortaya qoydu, ədaləti, beynəlxalq hüququ bərpa etdi. Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir. Erməni qəsbkarları 1992-ci il mayın 8-də işğal etdikləri Şuşanı uzun illər bütün dünyaya erməni şəhəri kimi tanıtmağa çalışsalar da, buna nail ola bilmədilər. Eyni siyasət Ermənistan tərəfindən 30 il ərzində Azərbaycanın işğal olunmuş digər şəhər və kəndlərinə qarşı da aparılıb. Lakin bütün bu yalan və uydurmalar son nəticədə erməni ideoloqlarının, necə deyərlər, öz başlarında çatladı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında igid əsgər və zabitlərimiz 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdulr və bununla da Azərbaycan ərazilərində ikinci erməni dövləti yaratmaq arzularına birdəfəlik son qoydular”.
Kamaləddin Qafarov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Əslində Ermənistan üçün bir kapitulyasiya aktı mahiyyəti daşıyan bu bəyanat böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı bu sənədi imzalamağa məcbur etdi. Möhtərəm dövlət başçımızın da dediyi kimi, Paşinyan bu sənədi öz xoşu ilə imzalamadı. Dəmir yumruğun hesabına imzaladı. Bu möhtəşəm tarixi zəfər Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı və bundan sonra artıq bütün dünya Azərbaycanın müəllifi olduğu bu reallıqlarla hesablaşmaq məcburiyyətindədir.
Millət vəkili xüsisi vurğulayıb ki, Azərbaycan Ordusu müharibə dövründə heç zaman hərbi cinayət əməllərinə əl atmayıb və müharibəni ləyaqətlə aparıb: “ Ermənistan döyüş meydanında məğlub oldu. Lakin bu gün yenə də bəzi qüvvələr tərəfindən Ermənistanda revanşist əhval-ruhiyyəsi qızışdırılır, erməni faşizminin yenidən dirçəldilməsinə cəhdlər olunur. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan xalqı erməni faşizminin törətdiyi vəhşilikləri heç zaman unutmamalıdır. Azərbaycan erməni faşizminin vəhşiliklərinin nəticələrini bütün dünyaya daim xatırlatmalı və bu bəlanı yenidən region üçün təhdidə çevirmək istəyən qüvvələrə qarşı beynəlxalq həmrəyliyi təmin etməlidir. Məhz bu yönümdə də bütün dünyada yaşayan soydaşlarımızın birliyi, həmrəyliyi bizim ən güclü silahımız olmalıdır. Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim bölgədə erməni faşizmi yenidən baş qaldırsın. Bunu hər kəs bilməli və Azərbaycanın görə biləcəyi əks-tədbirlərin Ermənistana çox baha başa gələcəyini də aydın şəkildə dərk etməlidir”.
“Şuşa bütün dünya azərbaycanlıları üçün müqəddəs məkandır” - Kamaləddin Qafarov
13:00 - 24 Aprel 2022
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
01 Avqust 2026 - 22:46
Azərbaycanda sabiq nazir vəfat etdi - FOTO
01 Avqust 2026 - 23:48
14 yaşlı qızın dünyaya uşaq gətirməsinə görə qardaşı həbs olundu
01 Avqust 2026 - 22:59
Azyaşlı futbolçu faciəvi şəkildə öldü
01 Avqust 2026 - 21:34
Sənur Əzizov həbs edildi
01 Avqust 2026 - 23:16
Moskvanın mərkəzində partlayış oldu - Ölənlər və yaralılar var
02 Avqust 2026 - 00:30
"Mançester Yunayted" "Qalatasaray"ın hücumçusuna göz dikdi
01 Avqust 2026 - 22:06
İsrail HƏMAS-ın anbarlarına zərbələr endirdi
01 Avqust 2026 - 21:46
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı PAYLAŞIM
01 Avqust 2026 - 23:57
Yer kürəsində maqnit qasırğası baş verə bilər
01 Avqust 2026 - 19:56
Masallıdakı zibil poliqonunda güclü yanğın - YENİLƏNİB
02 Avqust 2026 - 01:30
Yaşlanmanın əsas əlamətləri
01 Avqust 2026 - 23:34
Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
Xəbər xətti
- 02 Avqust 2026
- 16:34 Meşə yanğınları ilə bağlı həbs edilənlər var
- 16:30 Bu ölkədə dövlət universitetlərində ali təhsil ödənişsiz olacaq
- 16:13 Atletika Federasiyasının məşqçisi vəfat etdi
- 16:10 Paylaşımlarına görə - Psixiatriya xəstəxanasına göndərildi
- 16:00 İndoneziyada bərədə yanğın - Ölənlər və itkin düşənlər var
- 15:52 Daha bir sosial şəbəkə fenomeni həbs olundu
- 15:47 “İrana hücumları bu təqdirdə dayandırıram”
- 15:37 Ukraynadan Belqoroda PUA zərbəsi - Ölənlər var
- 15:25 Yenidən Ermənistanın baş naziri OLDU
- 15:19 Sabah bu ərazilərdə işıq OLMAYACAQ
- 15:17 Xocalının Şuşakəndində ilk körpə dünyaya gəldi - FOTO
- 15:12 İki avtomobil toqquşdu - Xəsarət alanlar var
- 15:01 Xocavənddə mina PARTLAYIŞI - Xəsarət alan var
- 15:00 Bu ərazidə güclü zəlzələ baş verdi
- 14:44 SEPAH Hörmüz boğazının açılması ilə razılaşmadı
- 14:30 Paşinyan yenidən Baş nazir postuna namizəd seçildi
- 14:11 58 yaşlı kişini tok vurub öldürdü
- 13:55 Minik avtomobili yük maşınına çırpıldı - Xəsarət alan var
- 13:35 Moskvada restoranda partlayış - Hədəf Baş Komandan olub
- 13:17 4-cü mərtəbədən yıxıldı - 6 gün sonra öldü
- 13:00 "Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub" - Nazir müavini
- 12:45 Sabah bu ərazilərdə yağış yağacaq - PROQNOZ
- 12:30 Çində leysan həyatı iflic etdi - 65 min nəfər təxliyə edildi
- 12:16 "Nəriman Həsənzadənin əsərləri oxunduqca, özü də yaşayacaq" - Anar
- 11:59 14 yaşlı Sahibdən 4 gündür xəbər yoxdur
- 11:35 Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır
- 11:15 Trampın Ukrayna danışıqları ilə bağlı qərarı açıqlandı
- 10:58 İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərdi
- 10:40 Sloveniya Prezidenti qəzaya düşdü
- 10:18 Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ
- 10:00 İkram Kərimov vəfat etdi
- 09:50 “Venesuelada seçkilərin keçirilməsi zəruridir” - Rubio
- 09:30 Tramp bu şərtlə İrana hücumun ləğv edildiyini açıqladı
- 09:15 Bu gün imtahan var
- 08:59 Biləsuvarda şəhid anası vəfat etdi - FOTO
- 08:30 Davamlı yorğunluq hansı xəstəliklərin xəbərçisidir?
- 08:00 Yay depressiyası niyə yaranır? - Psixoterapevt açıqladı
- 01:30 Yaşlanmanın əsas əlamətləri
- 00:30 "Mançester Yunayted" "Qalatasaray"ın hücumçusuna göz dikdi
- 01 Avqust 2026
- 23:57 Yer kürəsində maqnit qasırğası baş verə bilər
- 23:48 14 yaşlı qızın dünyaya uşaq gətirməsinə görə qardaşı həbs olundu
- 23:34 Türkiyədə mikroavtobus aşdı - Çox sayda yaralı var
- 23:16 Moskvanın mərkəzində partlayış oldu - Ölənlər və yaralılar var
- 22:59 Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- 22:46 Azərbaycanda sabiq nazir vəfat etdi - FOTO
- 22:21 Azərbaycan–Qırğızıstan münasibətlərinin yeni mərhələsinə uğurlu keçid
- 22:06 İsrail HƏMAS-ın anbarlarına zərbələr endirdi
- 21:46 Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı PAYLAŞIM
- 21:34 Sənur Əzizov həbs edildi
- 21:15 Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - VİDEO
- 20:53 İranda mis mədənində partlayış oldu - Ölənlər var