AQTA-dan uşaq bağçasındakı görüntü ilə bağlı AÇIQLAMA

13:46 - 26 May 2022

AQTA-dan uşaq bağçasındakı görüntü ilə bağlı AÇIQLAMA

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Şabranda 1 saylı körpələr evində uşaqlara verilən yeməklə bağlı məsələni nəzarətə götürüb.

 

Manset.az xəbər verir ki, bu barədə AQTA-dan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, məsələ ilə bağlı müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, sosial şəbəkədə Şabran şəhər 1 saylı körpələr evində uşaqlara verilən günorta və axşam yeməyinin görüntüləri müzakirələrə səbəb olmuşdu. İddia olunurdu ki, bağçada uşaqlara az miqdarda qida və çörəyin üzərində peçenye verilir. Təhsil Nazirliyi  məsələnin araşdırıldığını və nəticə barədə ictimaiyyətə əlavə məlumat veriləcəyini açıqlamışdı.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az