Rasilə Əliyeva işdən çıxarılmayıb? - İcra hakimiyyətində... FOTO

15:45 - 19 İyul 2022

Rasilə Əliyeva işdən çıxarılmayıb? - İcra hakimiyyətində...  FOTO

Ötən gün vəzifəsindən azad edilən Lənkəran icra hakimiyyətinin başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyevanın adı qurumun saytından çıxarılmayıb.

 

İcra başçısının köməkçisi Elnur Hüseynov Manset.az-a bildirib ki, bu, texniki səhvdir və qısa müddət ərzində aradan qaldırılacaq.  

Xatırladaq ki, R.Əliyeva  və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi barədə məlumat yayılıb. Baş Prokurorluqda bununla bağlı cinayət işi başladılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az