Hava kəskin dəyişir - PROQNOZ

13:15 - 22 İyul 2022

Hava kəskin dəyişir - PROQNOZ

Bakıda və Abşeron yarımadasında iyulun 23-də hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-33° isti, Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-22° isti olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az