Bir neçə gün öncə "Tiktok" sosial şəbəkəsində paylaşdığı video ilə gündəmə gələn şəxsdən xəbər var.
Manset.az-ın məlumatına görə, istirahət mərkəzlərinin birində video çəkərək insanlara qarşı alçaldıcı ifadələr işlədən şəxsin döyüldüyü bildirilir. Bu barədə saytımıza bildirilib.
Qeyd edilir ki, "magerramoff" adlı profilin sahibi bir neçə şəxs tərəfindən döyülüb. Onun müxəlif dərəcəli bədən xəsarətləri aldığı iddia olunur.
Xatırladaq ki, "magerramoff" "Tik-tok" platformasında hovuzda çimən qadınları canlı yayımda videoya çəkərək onu izləyən şəxslərə "hansınızın bacısıdır, deyin çəkməyim, qeyrət çəkənlər hanı?" şəklində ifadələr işlədib. 93 min izləyici olan istifadəçinin bu hərəkəti ciddi şəkildə qınanılıb. İstirahət mərkəzində dincələn qadınların görüntülərinin yayılması şəxsi həyata müdaxilə kimi dəyərləndirilib.