ƏHALİNİN NƏZƏRİNƏ: Meymunçiçəyinin yeni əlamətləri açıqlandı

21:52 - 22 İyul 2022

ƏHALİNİN NƏZƏRİNƏ: Meymunçiçəyinin yeni əlamətləri açıqlandı

Britaniya alimləri aşkar ediblər ki, cinsiyyət orqanlarının zədələnməsi, habelə ağızda və ya anusda yaralar meymunçiçəyinə işarə edə bilər.

Manşet.az xəbər verir ki, meymunçiçəyinin əksər hallarda cinsi əlaqə yolu ilə yayıldığını bildirsələr də, tədqiqatçılar virusun böyük tənəffüs damcıları, hətta geyim və digər səthlər vasitəsilə hər hansı yaxın fiziki təmas zamanı da keçə biləcəyini vurğulayırlar.

Alimlər qeyd edirlər ki, kliniki simptomlar cinsi yolla ötürülən digər infeksiyalara bənzəyir və asanlıqla səhv diaqnoza səbəb ola bilər.

Həmçinin, bildirilir ki, meymunçiçəyinə yoluxan bəzi insanlarda anal və oral simptomlar ağrı və udma çətinliyinə gətirib çıxarır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az