Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

18:39 - 23 İyul 2022

Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirusa 309 yeni yoluxma qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Manşet.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

Ölkədə indiyədək 796 141 nəfər koronavirusa yoluxub. Onlardan 784 653 nəfər müalicə olunaraq sağalıb, 9 735 nəfər vəfat edib, aktiv xəstə sayı 1 753 nəfərdir.

Ölkədə son sutka ərzində 3026, hazırkı dövrədək isə 7 021 193 test aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az