Əhməd İsmayılov Beynəlxalq Media Forumunun iştirakçıları ilə görüşdü - FOTOLAR

19:06 - 23 İyul 2022

Əhməd İsmayılov Beynəlxalq Media Forumunun iştirakçıları ilə görüşdü - FOTOLAR

İyulun 23-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Beynəlxalq Media Forumunun iştirakçıları ilə görüşüb.

Manşet.az xəbər verir ki, qonaqları salamlayan Əhməd İsmayılov onlara dəvəti qəbul edərək Beynəlxalq Media Forumunda iştirak etdiklərinə görə minnətdarlığını bildirib. O, bu cür forumların keçirilməsinin önəmini vurğulayıb.

Ə.İsmayılov qonaqları ölkəmizin media sahəsində aparılan islahatlar barədə məlumatlandırıb. Həmçinin bir çox beynəlxalq media orqanları ilə əlaqələrin qurulduğunu qeyd edib, türkdilli ölkələrlə media sahəsində qarşılıqlı məlumat mübadiləsi aparıldığını diqqətə çatdırıb.

Görüşdə, həmçinin Beynəlxalq Media Forumunda müzakirə olunan mövzuların önəmindən bəhs edilib.

Əhməd İsmayılov Beynəlxalq Media Forumunun iştirakçıları ilə görüşdü - FOTOLARƏhməd İsmayılov Beynəlxalq Media Forumunun iştirakçıları ilə görüşdü - FOTOLARƏhməd İsmayılov Beynəlxalq Media Forumunun iştirakçıları ilə görüşdü - FOTOLARƏhməd İsmayılov Beynəlxalq Media Forumunun iştirakçıları ilə görüşdü - FOTOLAR


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az