Narkotikin təsiri altında “07” sürən şəxs SAXLANILDI

12:33 - 24 İyul 2022

Narkotikin təsiri altında “07” sürən  şəxs SAXLANILDI

Qobustan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları narkotik vasitənin təsiri altında avtomobil idarə edən və yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün ciddi təhlükə yaradan sürücünü saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Manşet.az-a verilən məlumata görə, rayon sakini Fərid Şərifov idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə şəhər ərazisində avtoxuliqanlıq hərəkətləri etdiyi üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” əmri verilib.

Sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən həmin şəxsin psixotrop maddə olan metamfetamin qəbul etdiyi müəyyən olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az