Prezident İlham Əliyevin Sərəncamı ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Araz Əhmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olub.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, xidmətin general-mayorudur. A.Əhmədov 2019-cu ildə Prezidentin sərəncamı ilə sözügedən ali hərbi rütbə ilə təltif edilib. A.Əhmədovun DTX-də son vəzifəsi idarə rəisi olub (Qafqazinfo).
Qeyd edək ki, general icra başçısı postunda Şahin Məmmədovu əvəzləyib.