Koronaya yoluxanların sayı azaldı - STATİSTİKA

17:12 - 25 İyul 2022

Koronaya yoluxanların sayı azaldı - STATİSTİKA

Azərbaycanda koronavirusa 102 yeni yoluxma qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb.

 

Bu barədə Manset.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan vəfat edən olmayıb.

Ölkədə indiyədək 796 576 nəfər koronavirusa yoluxub. Onlardan 784 908 nəfər müalicə olunaraq sağalıb, 9 735 nəfər vəfat edib, aktiv xəstə sayı 1 933 nəfərdir.

Ölkədə son sutka ərzində 1 860, hazırkı dövrədək isə 7 025 998 test aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az