Dəmir yolu vağzalında 23 min manatlıq OĞURLUQ

14:24 - 26 İyul 2022

Dəmir yolu vağzalında 23 min manatlıq OĞURLUQ

Bakı Dəmir yolu vağzalının yaxınlığında paytaxt sakini E.Umudova zor tətbiq olunaraq çantası oğurlanıb.

 

DİN-in Mətbuat Xidmətindən Manset.az-a  verilən məlumata görə, vətəndaşa zor tətbiq edən şəxsin içərisində 5500 manat və 10.200 ABŞ dolları (ümumilikdə 23 min manata yaxın) olan çantasını soyğunçuluq yolu ilə talayıb qaçması barədə “102”-ə məlumat daxil olub.

Soyğunçuluğu törətməkdə şübhəli bilinən Neftçala şəhər sakini A.Əkbərov müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb.

Nəqliyyatda Baş Polis İdarəsində araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az