Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın mühafizə rejimini pozan şəxs saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Manset.az-a bildirib ki, araşdırma zamanı qanun pozucusunun Masallı rayon Təzəkənd kənd sakini Cəbrayıl Abıyev olduğu müəyyən edilib.
Təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb.