Amir SMA xəstəliyindən sağaldı - FOTO

13:52 - 10 Avqust 2022

Amir SMA xəstəliyindən sağaldı - FOTO

SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amir Tağıyev üçün 3 milyon 672 min manat ianənin toplanması barədə məlumat vermişdik

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, artıq azyaşlı SMA xəstəliyinə qalib gələrək sağlamlığına qovuşub. Ona xəstəliyin müalicəsi üçün qiyməti 2 milyon 200 min dollar olan “Zolgensma” iynəsi vurulub.

Amir ötən gün xeyirxah insanların ianələri əsasında SMA xəstəliyinə qalib gələn digər körpə - 2 yaşlı Adnan Mahmudla görüşüb. Bu barədə A. Tağıyevin instagram səhifəsində foto paylaşılıb.

Qeyd edək ki, Amirin sağalması üçün ATV-də yayımlanan “Bizimləsən” verilişində kampaniya başladılmışdı. Yığılan məbləğ Azərbaycan teleməkanında bir insanın sağlamlığına qovuşması üçün toplanan ən böyük ianə hesab olunurdu.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az