Sülhməramlılar Xocalıda erməni avtomobili ilə toqquşdu - Ölənlər var (FOTOLAR)

13:57 - 12 Avqust 2022

Sülhməramlılar Xocalıda erməni avtomobili ilə toqquşdu - Ölənlər var (FOTOLAR)

Qarabağda Xankəndi-Xocalı avtomobil yolunda ağır qəza baş verib. 

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb. 

Bildirilib ki, 1992-ci il təvəllüdlü Rusiya sülhməramlısı İ. Y-nın idarə etdiyi “HAVAL H9” markalı avtomobillə Xocalı rayonunun Dağyurd kəndində məskunlaşan eməni, 1996-cı il əvvəlüdlü E. Y-nin “VAZ-2107” markalı avtomobili ilə toqquşub. 

Qəza nəticəsində “VAZ-2107”nin sürücüsü xəsarət alıb, xəstəxanaya yerləşdirilib. Elə həmin avtomobilin 4 qadın sərnişini isə yerindəcə keçinib.

İstintaq Komitəsi qəzanın təfərrüatlarını aydınlaşdırır.

Xocalıda sülhməramlılar erməni avtomobili ilə toqquşdu - 4 ÖLÜ (FOTO)

Xocalıda sülhməramlılar erməni avtomobili ilə toqquşdu - 4 ÖLÜ (FOTO)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az