Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Manset.az-a bildirib ki, sözügedən ərazinin Xidmət əməkdaşlarının nəzarəti altında Daşkəsən Rayon İcra Hakimiyyətinin işçiləri tərəfindən təmizlənməsi işlərinə başlanılıb və ərazi nəzarətə götürülüb.