Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 420 yeni yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manset.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslərdən beş nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 804 585 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 791 656 nəfər müalicə olunaraq sağalıb, 9 773 nəfər vəfat edib, aktiv xəstə sayı 3 156 nəfərdir.
Ölkədə son sutka ərzində 3 303, hazırkı dövrədək isə 7 091 597 test aparılıb.