Kəlbəcər və Daşkəsəndə minalar zərərsizləşdirildi - FOTO

17:40 - 05 Oktyabr 2022

Kəlbəcər və Daşkəsəndə minalar zərərsizləşdirildi - FOTO

Kəlbəcər və Daşkəsəndə aşkar olunan növbəti minalar zərərsizləşdirilib.

 

Müdafiə Nazirliyindən Manset.az-a verilən məlumata görə, erməni diversiya qruplarının Kəlbəcər rayonu ərazisində basdırdığı növbəti 118 ədəd PMN-Э tipli piyada əleyhinə və 4 ədəd TM-62M tipli tank əleyhinə mina, həmçinin Daşkəsən rayonu ərazisində 108 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar olunub.

Aşkar edilən bütün minalar mühəndis-istehkamçılarımız tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az