ANAMA-dan Ağdamda baş vermiş mina partlayışı ilə bağlı AÇIQLAMA

19:00 - 08 Oktyabr 2022

ANAMA-dan Ağdamda baş vermiş mina partlayışı ilə bağlı AÇIQLAMA

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti Ağdamda baş verən mina partlayışı ilə əlaqədar məlumat yayaraq, hadisənin təmizlənməmiş ərazidə qeydə alındığını bildirib.

 

ANAMA-dan Manset.az-a verilən məlumata görə, hadisə nəticəsində Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Əliyev Ramin Əmir oğlu və Ağstafa rayon sakini, 1986-cı il təvəllüdlü Nəcəfov Pərviz Sozalı oğlu xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Zərərçəkənlərin hər ikisinin bir ayağı diz nahiyəsindən amputasiya edilib.

ANAMA bir daha vətəndaşları müəyyən olunmuş marşrutlardan kənara çıxmamağa, məsuliyyətli və diqqətli davranaq təhlükəli ərazilərə daxil olmamağa çağırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az