Hikmət Hacıyevdən Gəncə terrorunun ikinci ildönümü ilə bağlı PAYLAŞIM - FOTO

12:12 - 11 Oktyabr 2022

Hikmət Hacıyevdən Gəncə terrorunun ikinci ildönümü ilə bağlı PAYLAŞIM - FOTO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ikinci ildönümü ilə bağlı paylaşım edib.

 

Manset.az xəbər verir ki, o bu barədə tvitter hesabında yazıb. 

H.Hacıyev bildirib ki, həmin hadisə müharibə cinayətidir: 

“2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistanın hərbi rəhbərliyi mülki əhali arasında maksimum itki vermək məqsədi ilə Gəncə, Bərdə, Tərtər və Azərbaycanın digər şəhərlərini qəsdən və ayrı-seçkilik etmədən ballistik raket zərbələri ilə bombalamağı əmr etdi”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az