ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

11:57 - 12 Oktyabr 2022

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

ABŞ-ın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Manset.az xəbər verir ki, bununla bağlı XİN-in açıqlamasında bildirilir.

Oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb.

Azərbaycan müvəqqəti işlər vəkilinə baş vermiş hadisə ilə bağlı ciddi narahatlığını və narazılığını ifadə edib.  

Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az