"Şirvan şəhər sakini Xəyal Şükürullayev oktyabrın 11-də Şəhər Polis Şöbəsinə müraciət edərək səhər saatlarında icarə əsasında işlətdiyi telefon mağazasından 11 ədəd mobil telefonun, 2 ədəd smart saatın, 1 ədəd planşetin, eləcə də müxtəlif sayla telefon aksessuarlarının oğurlanması barədə məlumat verib".
Bunu Manset.az-a açıqlamasında DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib.
O əlavə edib ki, Daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gəlib və ilkin istintaq hərəkətləri keçirilib.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb. Hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
12:43
Şirvan şəhərində Qarabağ qazisinə məxsus telefon mağazasında külli miqdarda oğurluq hadisəsi baş verib.
Manset.az xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətt"inə məlumat daxil olub.
Mağazanın sahibi Şükürüllayev Xəyal bildirib ki, 7500 manatlıq mobil telefon, elektron saat və digər aşyalar oğurlanıb.
Hadisə ilə bağlı polisə müraciət edilib.