Qanunsuz ov edən şəxslər cəzalandırıldı - FOTOLAR

16:15 - 12 Oktyabr 2022

Qanunsuz ov edən şəxslər cəzalandırıldı - FOTOLAR

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri və Astara rayonu akvatoriyasında, Kür çayında və Aşıqbayramlı su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Manset.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Salyan rayon sakini Azər Məmmədov, Astara şəhər sakini Rəfail Ağayev, Neftçala rayon sakini Aləddin Vəliyev və İsmayıllı şəhər sakini Rahim Rəhimli olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

B.Məhəmmədov onu da qeyd edib ki, eyni zamanda, Şabran rayonu Kyünçal kəndi ərazisində ov qaydalarını pozduğuna görə rayon sakini Elgün Salamov saxlanılıb.

“Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az