Gəncə şəhər 3 nömrəli Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi tutduğu vəzifədən azad olunub.
Manset.az report-a istinadən xəbər verir ki, Gəncə şəhər Zülfüqar Məmmədov adına 3 nömrəli Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Qafar İbrahimov öz ərizəsi ilə işdən azad edilib.
Həmin vəzifəyə Abbas Səhəd adına 1 saylı Xəstəxananın keçmiş baş həkimi olmuş Azad Quliyev təyin olunub.
