Gəncə şəhər Üzeyir Hacıbəyli adına Ailə Sağlamlıq Mərkəzinin və Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ-nin Kardioloji Xəstəxanasının baş həkimləri tutduğu vəzifədən azad olunublar.
Manset.az report-a istinadən xəbər verir ki, Üzeyir Hacıbəyli adına Ailə Sağlamlıq Mərkəzinin baş həkimi Gülxar Kamran qızı Əsgərova yaş həddi səbəbindən tutduğu vəzifədən azad olunub.
Həmçinin, Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ-nin Kardioloji Xəstəxanasının baş həkimi Fəxrəddin Namaz oğlu Namazov da yaş həddinə görə vəzifəsindən azad edilib.