Bakıda azyaşlı bıçaqla hədələnib.
Manset.az report-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 2-də Bakı şəhər sakini olan bir azyaşlını bıçaqla hədələyib mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Ağsu rayon sakini R.Əsgərova müəyyən olunaraq saxlanılıb.
Hazırda araşdırma aparılır.