Yoluxanların sayı AÇIQLANDI

19:09 - 15 Noyabr 2022

Yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

 

Manset.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 761 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 612 nəfər müalicə olunaraq sağalıb, 9 965 nəfər vəfat edib, aktiv xəstə sayı 184 nəfərdir.

Ölkədə son sutka ərzində 2 448, hazırkı dövrədək isə 7 347 597 test aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az