Astarada 19 yaşlı gəncin meyiti tapılıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ərçivan qəsəbəsində qeydə alınıb.
Səhər saatlarında 2004-cü il təvəllüdlü qəsəbə sakini Sənan Rövşən oğlu Əfsəlovun meyiti yaşayış olmayan həyətyanı ərazidə asılmış vəziyyətdə aşkar edilib. Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi məlum deyil. Mərhumun evdən çıxaraq heyvanları örüşə apardığı deyilir. İlkin ehtimala görə, 19 yaşlı gənc intihar edib.