Ölkəmizdə rəhbərliyi ən çox rotasiya edilən icra orqanlarından biri də Xarici İşlər Nazirliyidir. Azərbaycan diplomatiyasından məsul olan nazirliyə bu günə də 7 fərqli nazir rəhbərlik edib. Hal-hazırda bu vəzifəni Ceyhun Bayramov icra edir. O, 2020-ci il iyulun 16-dan bəri xarici işlər naziridir.
Ceyhun Bayramovdan öncə isə 6 xarici işlər nazirimiz olub.
Manset.az xəbər verir ki, Bizim.Media sabiq xarici işlər nazirlərinin harada olduqlarını araşdırıb.
Hüseynağa Sadıqov
Müstəqil Azərbaycanın ilk xarici işlər naziri Hüseynağa Sadıqov olub. O, 1991-ci il fevralın 5-dən, 1992-ci il mayın 29-dək müvafiq vəzifəni icra edib. H.Sadıqov hələ SSRİ dönəmində Almaniya Demokratik Respublikasındakı Baş Konsulluğunda və Berlindəki səfirliyində diplomatik vəzifələrdə çalışıb. Xarici işlər naziri vəzifəsindən azad edildikdən sonra 1992-ci ildə Azərbaycan Respublikasının Almaniya, İsveçrə, Belçika, Niderland, Lüksemburq və Avstriyadakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin olunub və 2005-ci ilə qədər bu vəzifədə qalıb.
H.Sadıqov Almaniya Azərbaycan arasında dostluq və strateji əməkdaşlığın inkişafındaki xidmətlərinə görə 2006-cı ildə Almaniya Prezidenti tərəfindən Almaniyanın dövlət mükafatı- "Böyük Xidmət Xaçı" Ordeni ile təltif edilib. Hal-hazırda Azərbaycanda yaşamağa davam edən sabiq məmur, hər hansı dövlət vəzifəsi tutmur.
Tofiq Qasımov
Hüseynağa Sadıqovu xarici işlər naziri postunda Tofiq Qasımov əvəz edib. O, 4 iyul 1992-ci ildən, 26 iyun 1993-cü ilədək bu vəzifəni tutub. Müsavat partiyasının qurucularından olan T.Qasımov nazir vəzifəsindən getdikdən sonra bu partiyada siyasi fəaliyyətinə davam edib. 1996-cı ildə Türkiyəyə mühacirət edən ixtisasca fizik olan sabiq nazir bir sıra universitetlərdə çalışıb. Ömrünün sonrakı illərini Norveç və İsveçrədə keçirən alim, 2020-ci ilin 26 yanvarında vəfat edib.
Həsən Həsənov
2 sentyabr 1993 – 16 fevral 1998-ci illərdə Azərbaycanın xarici işlər naziri Həsən Həsənov olub. Daha əvvəl baş nazir postunu tutan H.Həsənov, xarici işlər naziri vəzifəsindən azad edildikdən sonra da diplomatik fəaliyyətlə məşğul olub. 2004-2010-cu illərdə Polşadakı, 2010-2021-ci illərdə isə Macarıstandakı səfirimiz olub. Hazırda 82 yaşı olan sabiq baş nazir hər hansı vəzifəni tutmur.
Tofiq Zülfüqarov
H.Həsənovu xarici işlər naziri vəzifəsində Tofiq Zülfüqarov əzəv edib. 1998-ci il aprelin 5-də xarici işlər naziri təyin edilib. 1998-ci ildə keçirilən prezident seçkilərindən sonra hökumətin yenilənən tərkibində də Zülfüqarov eyni vəzifəni icra etməyə davam edib. Lakin 1999-cu ilin oktyabrında T.Zülfüqarov xarici işlər naziri vəzifəsindən istefa verib. Hal-hazırda müstəqil siyasi ekspert kimi fəaliyyətinə davam edir.
Vilayət Quliyev
1999-2004-cü illərdə Azərbaycanın xarici işlər nazirimiz məhz Vilayət Quliyev olub. V.Quliyev 2004-cü ildən etibarən fasilələrlə müxtəlif ölkələrdə səfir kimi fəaliyyət göstərib. O, 2004-2010-ci illərdə Polşa, 2010-2021-ci illərdə isə Macarıstanda Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri olub. 2022-ci ilin mayında isə Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyinat alıb. Hal-hazırda da bu vəzifəni icra edir.
Elmar Məmmədyarov
2003-2004-cü illərdə Azərbaycanın İtaliyadakı səfiri olmuş Elmar Məmmədyarov Vilayət Quliyevdən sonra xarici işlər naziri təyin edilib. O, XİN rəhbərliyində ən uzun müddət qalmış nazirdir. 2020-ci ilin 16 iyulunadək xarici işlər naziri vəzifəsini məhz E.Məmmədyarov icra edib. Vəzifədən azad edildikdən sonra da Azərbaycanda yaşamağa davam edən Elmar Məmmədyarov hazırda hər hansı dövlət vəzifəsində çalışmır.
Sabiq xarici işlər nazirlərimiz indi haradadır? – ARAŞDIRMA
09:59 - 07 Mart 2023
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
20 Avqust 2026 - 11:23
Qalmaqallı kollec direktoru işdən çıxarıldı
20 Avqust 2026 - 00:52
"Sabah" "Hapoel"ə uduzdu
19 Avqust 2026 - 22:58
Güləşçimiz qızıl medal qazandı
19 Avqust 2026 - 23:16
Şamaxıda maşın dərəyə aşdı - Ölən var
19 Avqust 2026 - 23:33
Masazırda evin damında kişi meyiti tapıldı
19 Avqust 2026 - 22:31
Astarada bir nəfər dənizdə batdı
19 Avqust 2026 - 23:52
Kim Çen Inın bacısı Yaponiyanı hədələdi
20 Avqust 2026 - 00:30
“Qalatasaray” onu hədəfə aldı
19 Avqust 2026 - 23:43
Ermənistan hökuməti rəsmi sənəd yaydı - Azərbaycanla ticarət əlaqələri qurulacaq
19 Avqust 2026 - 22:49
İndoneziyada güclü zəlzələ oldu
19 Avqust 2026 - 17:10
"Sabah"ın oyunu hansı kanalda yayımlanacaq?
19 Avqust 2026 - 16:20
Fransada 22 günlük isti dalğası başa çatdı
Xəbər xətti
- 20 Avqust 2026
- 15:58 İlham Əliyevdən yeni FƏRMAN
- 15:56 Əziz Əliyevin 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM
- 15:47 "Qalatasaray"ın yeni transferi İstanbula gəldi
- 15:30 “Uşaqların təhlükəsizliyindən çox gəlirə üstünlük verilib” - "Meta" ittiham olunur
- 15:26 100 şagirdin məktəb çantasını birlikdə hazırlayaq - “Onu oxut” ianə aksiyası başladı
- 15:25 Azercell “Brandon Hall Group HCM Excellence Awards”da 3 mükafat qazandı
- 15:08 Almaniyada polis 14 yaşlı Türkiyə vətəndaşını vurdu
- 15:00 Torpaq onlarla insanı diri diri uddu - FOTO
- 14:50 "Bu gedişlə yox olacaqlar" - Rusiyadan İsrailə tarixi xəbərdarlıq
- 14:26 Tramvay relsdən çıxdı - Türkiyədə bədbəxt hadisə
- 14:22 Naxçıvanın kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur
- 14:11 Türkiyədə zəlzələ oldu
- 14:06 Yaponiyada hökumətə qarşı etirazlar davam edir
- 13:45 4SİM və “Azərsun Holdinq” arasında əməkdaşlıq müzakirə olundu
- 13:39 Fransada anomal istilərdə ölənlərin sayı açıqlandı
- 13:33 Səyahət kabusa çevrildi - Qatarı ilanlar basdı / FOTO
- 13:30 Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı
- 13:28 Hörmüz boğazında gizli dəhliz yaradılıb? - İDDİA
- 13:23 İnsan bədənində "yeni orqan" kəşf edildi
- 13:14 "Moskvaya 250 PUA ilə hücum edilib"- Rusiya AÇIQLADI
- 13:08 İrandan Trampın "iqtisadi savaş" elanına sərt cavab
- 13:07 Xəzərdə 36 yaşlı kişi batdı
- 13:00 İsrail döyüş təyyarələri Suriyanın hava məkanına girdi
- 12:53 İlham Nəsirov yüksək vəzifəsindən azad edildi
- 12:40 NATO-dan İrana gözdağı - "Hazırıq!"
- 12:35 Sabahın hava PROQNOZU
- 12:15 AZAL təyyarədə POS-terminalla ödəniş imkanını istifadəyə verdi
- 11:56 Banklar məlumatlarımızı niyə toplayır? – Hər kəsin bilməli olduğu məqamlar
- 11:45 Rusiyadan Kiyevə hava hücumu - 8 ölü, 33 yaralı
- 11:34 Həmkarlar ittifaqı üzvləri üçün tibbi aksiya keçirildi- FOTOLAR
- 11:26 Gəncədə zibil poliqonunda döl tapıldı
- 11:23 Qalmaqallı kollec direktoru işdən çıxarıldı
- 11:19 Harri və Meqan ABŞ-dən İngiltərəyə köçür
- 11:00 Şirkətdən “Pendirli Manqalüstü” sosisi ilə bağlı AÇIQLAMA
- 10:40 Bu ölkədə güclü zəlzələ oldu
- 10:32 Bir ailənin 3 azyaşlı övladı yan-yana dəfn edildi - Qandonduran FACİƏ
- 10:19 Rusiyada seçki öncəsi “savaş” - FSB, ordu və Kreml üz-üzə
- 10:06 100-cü mağazaya özəl - 100 məhsulda 2-cisi PULSUZ!
- 09:45 Neftimiz bu gün neçəyə satılır?
- 09:35 Trampdan İrana qarşı misli görünməmiş iqtisadi təzyiq
- 09:29 DTX nəhayət, onu Azərbaycana gətirdi
- 09:14 "Qarabağ" bu gün pley-off oyununa çıxır
- 08:56 Paytaxtın əsas yollarında TIXAC var
- 08:30 Qəhvə yaşlı insanların sağlamlığına fayda verə bilər
- 08:00 Arıqlamaq üçün ən kritik yaşlar - Mütəxəssislər açıqladı
- 01:30 Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
- 00:52 "Sabah" "Hapoel"ə uduzdu
- 00:30 “Qalatasaray” onu hədəfə aldı
- 19 Avqust 2026
- 23:52 Kim Çen Inın bacısı Yaponiyanı hədələdi
- 23:47 Bəzi ərazilərdə işıq olmayacaq - Sakinlərin NƏZƏRİNƏ
- 23:43 Ermənistan hökuməti rəsmi sənəd yaydı - Azərbaycanla ticarət əlaqələri qurulacaq