Təəssüf ki, dünyada insanlığa qarşı sui-qəsd hadisələri də baş verir. Bu sui-qəsdin qurbanları arasında sadə insanlarla yanaşı, dövlət, hökumət başçıları, deputatlar, siyasi partiya liderləri də vardır.
Azərbaycan müstəqillik əldə etdikdən üzü bəri ölkəmizdə də bir sıra siyasilər sui-qəsdlərə məruz qalıblar.
Son olaraq millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa martın 28-i gecə saatlarında evinin qarşısında hücuma məruz qalıb. İki güllə yarası almasına rəğmən, xoşbəxtlikdən, deputatın həyatı üçün ciddi təhlükə yoxdur.
Manset.az xəbər verir ki, Bizim.Media 1990-ci illərdən bu günə kimi sui-qəsd nəticəsində həyatını itirmiş siyasətçiləri araşdırıb.
Əjdər Xanbabayev
Azərbaycan SSR Mətbuat İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, “Azərnəşr” və "Yazıçı” nəşriyyatının direktoru Əjdər Xanbabayev SSRİ dövründə Heydər Əliyevi dəstəklədiyinə görə 1990-cı ildə Azərbaycan SSR DTK əməkdaşları tərəfindən öldürülüb. Xanbabayevə qarşı sui-qəsd Bakıda, Azərbaycan Rus Dram Teatrının binası yaxınlığında şəxsi avtomobilində törədilib..
Afiyəddin Cəlilov
1989–1992-ci illərdə Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin sədri, Azərbaycan Ali Soveti sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifələrində çalışmış Afiyəddin Cəlilov da sui-qəsd qurbanlarındandır. O, 1994-cü il sentyabrın 29-da Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilib. Onun qətli ilə bağlı bu günə qədər müxtəlif versiyalar səsləndirilir.
Şəmsi Rəhimov
Şəmsi Rəhimov 1994-cü ilin 8 yanvarında Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi təyin edilib. O, cəmi 9 ay bu vəzifəni icra edə bilib. Belə ki, Şəmsi Rəhimov həmin ilin sentyabrın 29-da sui-qəsd nəticəsində qətlə yetirilib.
Rövşən Əliyev
Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının ilk Hərbi Prokuroru olmuş Rövşən Əliyev də sui-qəsd nəticəsində həyatını itirib. R.Əliyev 1995-ci ildən ömrünün sonuna kimi Azərbaycan Respublikası Baş Prokurorluğunda ağır cinayətlərə dair istintaq idarəsinin kriminalistika şöbəsini rəisi və idarə rəisinin müavini vəzifələrində çalışıb. O, 2002-ci il 13 mart tarixində Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilib.
Əli Ansuxski
Azərbaycan SSR Ali Sovetinin (1990-1995) və Milli Məclisin (1995-1996) deputatı olmuş Əli Ansuxski 1996-cı ilin fevralın 26-da Bakının mərkəzində “Azərbaycan” prospektində yerləşən evinin qarşısında məruz qaldığı terror nəticəsində odlu silahla qətlə yetirilir. Qeyd edək ki, Ə.Ansuxski deputatlıqdan öncə biznes fəaliyyəti ilə tanınıb və qətlin motivlərinin bununla bağlı olduğu bildirilirdi.
Ziya Bünyadov
1995-ci ildə Milli Məclisin üzvü olan akademik Ziya Bünyadov da sui-qəsdin qurbanlarındandır. Onu 1997-ci il fevralın 21-də yaşadığı binanın qarşısında qətlə yetiriblər. Akademikin “Hizbullah” üzvləri tərəfindən öldürüldüyü bildirilir və bununla bağlı bir neçə nəfər azadlıqdan məhrum edilib.
Fətulla Hüseynov
Azərbaycan Ordusunun 1994-cü ilin qış kampaniyası zamanı keçirdiyi ən uğurlu əməliyyat olan Horadiz əməliyyatının rəhbərlərindən biri Fətulla Hüseynov 2004-cü il iyunun 14-də yaşadığı binanın qarşısında öldürülüb. O, 1996-cı ildən 2001-ci ilədək AFFA-nın viste-prezidenti vəzifəsində işləyib. Onu Hacı Məmmədovun dəstə üzvlərinin qətlə yetirdiyi iddia edilir.
Rail Rzayev
Rail Rzayev 1992-ci ildən etibarən Müdafiə Nazirliyində bir sıra yüksək vəzifələrdə çalışıb. O, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 1993-cü ildə Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı vəzifəsinə təyin edilmiş və ömrünün sonunadək bu vəzifədə çalışıb. General-leytenant Rail Rzayev 2009-cu il fevralın 11-də qətlə yetirilib. 2010-cu ilin noyabrında generalın qətlində şübhəli bilinən 3 şəxs məhkəmənin qərarı ilə azadlıqdan məhrum ediliblər.
Elmar Hüseynov
"Monitor” jurnalının yaradıcısı və baş redaktoru Elmar Hüseynov 2005-ci ilin martında sui-qəsd nəticəsində qətlə yetirilib. Sui-qəsddən əvvəl çoxsaylı ölüm təhdidləri aldığı bildirilən 37 yaşlı jurnalist Bakıda yaşadığı binanın pilləkənlərində odlu silahdan açılan atəşlə qətlə yetirilib.
Son 30 ilin ən səs-küylü SUİ-QƏSDLƏRİ – ARAŞDIRMA
12:15 - 30 Mart 2023
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
16 Noyabr 2026 - 12:41
Prokuror general qızı haqda qərardan protest verdi
17 Noyabr 2026 - 00:16
Azərbaycanda Milli Dirçəliş Günüdür
16 Noyabr 2026 - 10:24
APA-nın yaranmasından 22 il ötür
16 Noyabr 2026 - 14:33
Azərbaycanın sağ olan Milli Qəhrəmanları – ADLAR
16 Noyabr 2026 - 17:55
"Büdcənin əsas yükünü qeyri-neft sektoru daşıyacaq" - Deputat
16 Noyabr 2026 - 10:44
Fuad Nəcəfli uzun müddət sonra göründü - FOTO
16 Noyabr 2026 - 16:35
"Boranı" restoranından müştəriyə qəribə QADAĞA - Qanunvericilik nə deyir?
16 Noyabr 2026 - 13:08
İşdən çıxarılan generala yeni vəzifə verildi
16 Noyabr 2026 - 23:52
Millimiz ili qələbə ilə yekunlaşdırdı - YENİLƏNİB
16 Noyabr 2026 - 09:07
Tələbə yataqxanada hansı şəraitdə həyatını itirib? - TƏFƏRRÜAT (VİDEO)
16 Noyabr 2026 - 12:24
Bu işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək - Prezident təsdiqlədi
16 Noyabr 2026 - 09:57
AZAL İstanbulun yalnız bu aeroportuna uçacaq - RƏSMİ
Xəbər xətti
- 17 Noyabr 2026
- 01:30 “Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
- 00:30 Rahat yuxu üçün axşam nə yemək lazımdır?
- 00:16 Azərbaycanda Milli Dirçəliş Günüdür
- 00:08 Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı PAYLAŞIM
- 16 Noyabr 2026
- 23:52 Millimiz ili qələbə ilə yekunlaşdırdı - YENİLƏNİB
- 23:39 68 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
- 23:28 Azərbaycanda həkim vəfat etdi - FOTO
- 23:16 Kürdəmirdə 2 maşın toqquşdu - Yaralılar var
- 22:56 Hikmət Hacıyev Maqdalena Qrono ilə müzakirə apardı
- 22:31 Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında - FOTOLAR
- 22:16 Könül Həmzəyeva ilə bağlı məhkəmədən QƏRAR
- 21:59 72 yaşlı qadını maşın vurdu - Vəziyyəti ağırdır
- 21:41 Şəmkirdə evdə kişi və qadın meyiti aşkarlandı
- 21:23 600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq
- 21:15 Türk Dövlətləri Mədəniyyət Parkındakı “Azərbaycan Evi” maraqla qarşılanır - FOTO
- 20:46 Gəncədə kişi 4-cü mərtəbədən yıxıldı
- 20:31 Bakıda turistləri daşıyan mikroavtobus qəzaya uğradı
- 20:14 “Kəpəz” - “Qarabağ” matçının biletləri satışa çıxarıldı - QİYMƏTLƏR
- 19:51 Azərbaycanda azad sahibkarlıq üçün yeni imkanlar - Liberal iqtisadiyyatın inkişafı prioritetdir
- 19:32 Azərbaycan BTİ Şurasına üzv seçildi - FOTOLAR
- 19:11 Bakıda Türkiyə vətəndaşını avtomobil vurdu
- 18:59 ABRSM nümayəndəsi Bakının musiqi və incəsənət məktəblərində olub - FOTOLAR
- 18:40 Direktorların işə qəbul nəticələri elan edildi
- 18:27 Ceyhun Bayramov Ed Milibəndlə Cənubi Qafqazı müzakirə etdi
- 18:12 Hazırda 18 yolda tıxac var - SİYAHI
- 18:00 "Ukraynada müvəqqəti atəşkəs deyil, uzunmüddətli sülh istəyirik" - Peskov
- 17:56 Əməliyyatdan sonra insanları pişik kimi görməyə başladı - Qəribə hadisə
- 17:55 "Büdcənin əsas yükünü qeyri-neft sektoru daşıyacaq" - Deputat
- 17:47 Dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirələrinin ilk günü yekunlaşdı
- 17:43 75 il əvvəl müharibədə ölən əsgərin nəşi ailəsinə verildi
- 17:40 Quş qripi bu ölkəyə ciddi təsir edə bilər - Qıtlıq yaranacaq
- 17:39 Daha bir ulduz futbolçu milli karyerasını bitirdi
- 17:36 Taylandda dəhşətli yanğın - 11 ölü, 16 yaralı
- 17:31 "100 nəhəng şirkət Azərbaycana cəlb olunsun" - Deputatdan təklif
- 17:30 "COP31-in ilk həftəsi məhsuldar görüşlər və mühüm müzakirələrlə yadda qalıb" - Yalçın Rəfiyev
- 17:25 ABŞ vətəndaşlarını buna yüksək hazırlıqlı olmağa çağırdı
- 17:25 Ünvanlı sosial yardım alanlara ŞAD XƏBƏR
- 17:21 Qvadalaxara kartelinin qurucusu 80 yaşında vəfat etdi
- 17:18 Xaçmazda maşın aşdı - 1 ölü, 4 yaralı var (FOTO)
- 17:12 Qara dənizdə yük gəmisində partlayış - 4 azərbaycanlı xilas edildi
- 17:10 Bu il sərt qış gözlənilir - Araşdırma
- 17:10 Qəbiristanlıqdan 10 min manatlıq oğurluq edildi
- 17:00 Məşhur aparıcı “Xəzər TV”dən ayrıldı
- 16:53 Mediaya ayrılan pulun artırılması təklif olundu
- 16:47 Avropa İttifaqından Rusiyaya qarşı yeni sanksiyalar
- 16:45 Küləklə bağlı XƏBƏRDARLIQ
- 16:39 "Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun" - Deputat
- 16:35 "Boranı" restoranından müştəriyə qəribə QADAĞA - Qanunvericilik nə deyir?
- 16:29 Qanlıgöl ətrafında genişmiqyaslı abadlaşdırma işlərinə başlanıldı
- 16:20 25 iş günü, 11 min dollar maaş - Azərbaycanda iş elanı
- 16:10 Bakıda restoranda yanğın söndürüldü - YENİLƏNDİ (VİDEO)