Mayın 3-ü gecə saatlarından başlayaraq Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
Manset.az xəbər verir ki, bu barədə apa-ya Xınalıq kənd sakinləri məlumat verib.
Onların sözlərinə görə yaşayış məntəqəsində qarın hündürlüyü 8 santimetrdən çoxdur.
Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur aşağı düşüb.
