İranlının avtomatını Bakıya gətirən şəxs tutuldu - FOTO

13:23 - 03 May 2023

İranlının avtomatını Bakıya gətirən şəxs tutuldu - FOTO

Qobustanda üzərində qanunsuz odlu silah gəzdirən şəxs tutulub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Bakı şəhər sakini, əvvəllər də məhkum olunmuş Baba Sadıqov şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sərnişin qismində olduğu avtomobilə baxış keçirilən zaman “Kalaşnikov” markalı avtomat, 40 ədəd patron və 1 ədəd daraq aşkar edilərək götürülüb.

Araşdırma zamanı saxlanılan şəxsin sosial şəbəkədə tanış olduğu İran vətəndaşı tərəfindən kuryerliyə cəlb edildiyi müəyyən olunub. Belə ki, Baba Sadıqov da ifadəsində pul qarşılığında həmin silah-sursatı Qobustan rayonundan Bakı şəhərinə aparmağa razılaşdığını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az